SAÇ TÖKÜLMƏSİ HAQQINDA - FƏRİDƏ AXUNDOVA

Saç tökülməsi haqqında - Fəridə Axundova

Saç tökülməsi haqqında - Fəridə Axundova

Saç tökülməsinə səbəb nədir?

1. Genetik faktorlar

Kişilərdə və qadınlarda saç tökülməsinin səbəbləri fərqlidir.  Kişilərdə görülən saç tökülməsi, ümumiyyətlə, kişi tipli hormonlara həssas saç tökülməsidir ki, bu da genetikdir və əhalinin 50%-dən çoxunda görülür.  Bu tip saç tökülməsi xroniki olur.

Genetik əsasda androgenlərin təsiri nəticəsində baş verən saç tökülməsinə “Androgenetik saç tökülməsi” deyilir.  Kişilərin təxminən yarısında və qadınların 20-25% -ində görülür. Xəstələr zaman-zaman saç tökülməsinin şiddətli olduğunu desələr də, bu, telogen saç tökülməsindən fərqli olaraq, illər ərazində davam edir.  Bəzən xəstələr saçlarının tökülməsindən daha çox incəldiyini görürlər.  Əsasən təpə hissədə saçların seyreldiyi müşahidə edilir.

Yaş irəlilədikcə keçəllik yaranır və nəticədə saç əkilməsi tələb oluna bilər.  Erkən yaşlarda başlayan əlavə müalicələr, mezoterapiya və PRP müalicəsi tökülmə sürətini ləngidir. Keçəlliyə getmə müddətini uzadır.

Bu cür tökülmə qadınlarda da müşahidə olunur.  Xüsusilə ailə üzvlərindən birində keçəllik problemi olan insanlarda saç tökülmə riski var.  Bu vəziyyətin əvvəlki illərə nisbətən daha çox olmasının səbəbləri həddindən artıq stress, balanssız qidalanma, uzun müddət aclıq və hormonal problemlərdir.

 

2. Dəri problemləri

Ekzema, sızanaq, liken xəstəliyi, həddindən artıq yağlı dəri, göbələk kimi xəstəliklər saç tökülməsinə səbəb ola bilər.

 

3. Yanlış yemək vərdişləri

Qidalanma ilə əlaqədar saç tökülməsi çox rast gəlinən səbəblərdəndur. Saçın qidalanması və qanla təmin edilməsi lazımdır.  Müntəzəm və balanslı qidalanmamaq, uzun müddət aclıq, pəhrizlər, yüksək karbohidratlı qidalardan istifadə saç tökülməsinə səbəb ola bilər. 

 

4. Vitamin və mineral çatışmazlığı

Qidalanma problemi olmasa da, saç üçün lazım olan vitamin və mineralların qanda olmaması saç tökülməsinin başqa bir səbəbidir.  B12, vitamin D, fol turşusu, biotin, sink, dəmir kimi vitamin və minerallar azdırsa, saçlar qidalana bilmir və tökülür.  

 

5. Hormonal problemlər

Əgər hormonal problemlər - menstruasiya gecikməsi və ya nizamsızlıqları varsa, bədəndə tüklənmə, həddindən artıq sızanaqlar, sürətlənmiş çəki artımı, bu simptomlara saç tökülməsi əlavə ediərsə mütləq şəkildə hormonlar yoxlanılmalıdır.  

;