KOSMETOLOQ FARİDA AKHUNDOVA - ÜZDƏ YARANAN QIRIŞLARIN QARŞISINI NECƏ ALMAQ OLAR?

Kosmetoloq Farida Akhundova - Üzdə yaranan qırışların qarşısını necə almaq olar?

Kosmetoloq Farida Akhundova - Üzdə yaranan qırışların qarşısını necə almaq olar?


Anti aging (qırış əleyhinə) kremlər həqiqətən təsirlidirmi?

Tərkibində alfa hidroksid, niasinamid, hialuron turşusu, peptidlər və s. kimi aktiv maddələr olan kremlərin faydalı olduğunu göstərən məlumatlar var. Ancaq uzun müddətli istifadə edilməli və bu kremlərdən möcüzələr gözlənilməməlidir.

Bahalı olması kremin yaxşı olması demək deyil.

Kosmetik kremlərin tərkibində olan aktiv maddə yan təsirləri minimuma endirmək üçün aşağı səviyyədədir və bu kremlər dərman kateqoriyasina daxil deyil, bir sözlə dermatoloqunuzun tətbiq edəcəyi aşağıdakı müalicə üsullarını əvəz edə bilməz.

 

Dermatoloqunuzun tətbiq edə biləcəyi Anti aging (qırış əleyhinə) müalicələr hansılardır?

Botoks (Botulinum toksin tətbiqi)  

Dolğu

Lazer dərinin yenilənməsi (fraksional lazer)

Qızıl iynə radiofrekans

HIFU (Focus ultrasəs) 

Saplar

Prp, mezoterapiya, biorevitalizasiya və s.

 

Yuxarıda qeyd olunan bu minimal invaziv üsullar cərrahi müalicə ilə müqayisədə bir çox üstünlüklərə malikdir.  Əvvəla, xəstəxanaya yerləşdirmə, kəsik və ya tikiş tələb etmir.  Yan təsirlər təcrübəli həkim dermatoloq tərəfindən edildikdə demək olar ki, yoxdur. Qısa müddət ərzində istədiyiniz sağlam və daha gənc dərini əldə bilirsiniz. 

 

;