DERMATOLOQ HƏKİM HAQQINDA MƏLUMAT

Dermatoloq Həkim Haqqında Məlumat

Dermatoloq Həkim Haqqında Məlumat

Dermatoloq Həkim Haqqında Məlumat

Dermatoloq həkim kimdir?

Dermatoloq – dəri, saç, dırnaq və selikli qişalarla bağlı xəstəliklərin diaqnostikası, müalicəsi və qarşısının alınması sahəsində ixtisaslaşmış həkimdir.

Dermatoloq nə iş görür?

İlk olaraq pasiyentin şikayətlərini dinləyir, xəstəlik tarixi haqqında ətraflı məlumat toplayır. Daha sonra vizual və kliniki müayinə aparır və lazım olduqda əlavə testlər (qan analizləri, allergiya testləri, biopsiya və s.) istəyə bilər.


Dermatoloq hansı problemləri müayinə və müalicə edir?

Dermatoloqlar dəri xəstəliklərindən əlavə, saç və dırnaq problemləri, eləcə də bəzi autoimmun və allergik vəziyyətlərə də müdaxilə edə bilirlər.


Dermatoloqa nə zaman müraciət etməli?

  • Üzdə və bədəndə səpkilər (sızanaq, akne vulgaris) olduqda
  • Dəridə, saçda və ya dırnaqda qızartı, qaşıntı, yara və ya qeyri-adi görünüşlər olduqda
  • Saç tökülməsi və ya seyrəlməsi narahatlıq doğurursa
  • Ağızda və ya bədəndə təkrarlayan yaralar varsa
  • Estetik və kosmetik prosedurlar (botoks, dolğu və s.) üçün ehtiyac duyulduqda

;