Deri Zohrevi Xestelikleri | Dr. Farida Akhundova
Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. (müxtəlif infeksiyalar, viruslar, bakteriyalar, ibtidailər, isti və soyuğa, müxtəlif kimyəvi maddələrə və s.) Dəri qan-damar, limfa və sinir sistemi vasitəsilə bütün orqanizmlə sıx əlaqədardır.
Buna görə də müxtəlif üzvlərdə gedən fizioloji və patoloji proseslər dəriyə müəyyən dərəcədə təsir göstərir.Həmin proseslərin bir çoxu isə dərinin iştirakı ilə gedir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər və dəridə müəyyən dəyişikliklərin yaranmasına səbəb ola bilər.
Dərinin virus xəstəlikləri: Papillomalar Sadə herpes (herpes simplex) Kəmərləyici herpes (herpes zoster) Kandilomalar Dərinin allergik xəstəlikləri: Atopik dermatit Kvinke ödemi Məxmərək Kontakt dermatitləri Ekzema Neyrodermatit Piodermitlər (dərinin irinli xəstəlikləri): Stafilakokk piodermitləri Follikulit Furunkul Karbunkul Hidradenit Dərinin parazitar xəstəlikləri: Qoturluq Bitlilik Seboreya, akne (sızanaqlar) Mikozlar Psoriaz Vitiliqo Tük və dırnaq xəstəlikləri və s.